Bir gecənin qəzasında 14 ölü...

Yol-nəqliyyat hadisəsi zamanı daha 22 nəfər xəsarət alıb

Ötən gecə Azərbaycanda avtomobil yollarında 19 yol qəza hadisəsi qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev ANS PRESS-ə verdiyi məlumata görə, müxtəlif yerlərdə qeydə alınan qəzalarda 14 nəfər ölüb, 22 nəfər xəsarət alıb.Ölümlə nəticələnən ən ağır yol qəzası Qobustanda baş verib, 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Qəzaların böyük əksəriyyəti sürət həddinin aşması nəticəsində meydana gəlib.Kamran Əliyev son zamanlar yol qəzalarının baş verməsinə səbəb olan başlıca amilin sürət həddini aşma olduğunu bildirdi. Yol polisi sürücülərə bir daha müraciət edərək diqqətli olmağı, sürət həddini aşmamağı məsləhət bilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31