Bakıda dilənçini vəhşicəsinə qətlə yetirən kişi 15 il cəza aldı
20 Sentyabr 2013 18:16 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində Bakıda dilənçi qadını zorlaya bilmədiyi üçün qətlə yetirməkdə təqsirləndirilən Hövsan qəsəbə sakini Məmməd Zöhrabovun məhkəməsi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hokum ilə Məmməd Zöhrabov 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin yanvarın 3-də Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsi yaxınlığında, Suraxanı-Hövsan yolunun kənarında sellofana bükülmüş vəziyyətdə üzərində çoxsaylı deşilmiş-kəsilmiş xəsarətləri olan 28 yaşlı Yelena Aleksandrovanın meyiti tapılıb.
Meyit tapılandan 2 gün sonra hadisəni törətməkdə şübhəli bilinən Məmməd Zöhrabov saxlanılıb.
Dindirmələr zamanı Məmməd Zöhrabov bildirib ki, Hövsan qəsəbəsində gözətçi kimi yaşadığı evə əvvəllər tanımadığı bir nəfər qadın gələrək ondan bayram münasibətilə pul istəyib. Pulu olmadığı üçün qadını evə yeməyə dəvət edib.
Qadınla bir şüşə araq içəndən sonra 59 yaşlı M.Zöhrabov onunla cinsi əlaqədə olmaq istəyib. Qadın buna etiraz edib qışqıranda Zöhrabov mətbəx bıçağı ilə ona çoxsaylı xəsarətlər yetirərək Yelenanı qətlə yetirib. M.Zöhrabov qadın öləndən sonra paltarlarını sobaya ataraq yandırıb, meyiti isə sellofan torbaya bükərək qonşuluqda yaşayan oğluna məxsus "VAZ-2109" markalı avtomobilin arxa oturacağına qoyaraq gecə saat 3-4 radələrində Suraxanı-Hövsan yolunun kənarına atıb.