Bakıda Rusiya vətəndaşı avtomobil qaçırıb qəza törətdi

Bakıda Rusiya vətəndaşı oğurladığı avtomobillə qəzaya uğrayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 18-də paytaxtın Nizami rayonu ərazisindəki avtoyuma məntəqəsində baş verib. Məntəqədə işləyən Rusiya Federasiyası vətəndaşı Alik Qlazkov Bakı şəhər sakini Şirin Əzimova məxsus "Mercedes" markalı avtomaşını qaçırıb Xətai rayonu ərazisində idarə edərkən onu yolun kənarındakı dirəyə vurub.  Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Qlaskov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31