DİN Bakıda hərbçilərin qəzaya düşməsi barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda hərbçiləri daşıyan avtomobilin qəzaya uğraması barədə məlumat yayıb. "Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 19-da saat 10.00 radələrində Qaradağ rayonu Buta qəsəbəsinin ərazisində baş verib. Abşeron rayon sakini Seymur Rzayevin idarə etdiyi "KAVZ" markalı avtobusla Bakı şəhər sakini Vadim İsmayılovun idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan "İJ" markalı motosiklet toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş V.İsmayılov orada ölüb. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31