Bakı yaxınlığında hərbi avtobus qəzaya uğrayıb: ölən var
20 Sentyabr 2013 12:49 KriminalSentyabrın 19-da Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Puta qəsəbəsi ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "KAVZ 685" markalı hərbi sərnişin avtobusu ilə "İJ" markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü 1982-ci il təvəllüdlü Vadim İsmayılov ağır bədən xəsarətləri alıb və Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31