Zibildaşıyan maşın yolun ortasına aşdı, Sumqayıtdan Bakıya girişdə tıxac yaranıb

Sumqayıt-Bakı yolunda, "Bakı" Peşəkar Futbol Klubunun bazasının qarşısında zibildaşıyan maşının aşması nəticəsində hazırda paytaxta giriş yolunda böyük tıxac yaranıb. Bu barədə Trend-ə hadisə yerində olan şahidlər məlumat verir.Məlumata görə, zibildaşıyan maşın ilk öncə yolun ortasında maneə çırpılıb, sonra təxminən 200 metr getdikdən sonra yolun ortasına aşıb. Bir müddətdən sonra avtomobil yolun kənarına çəkilsə də, hazırda 3-4 kilometr uzunluğunda tıxac yaranıb.Yol polisi əməkdaşları tıxacın aradan qaldırılması üçün müvafiq işlər görürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31