İnterpol tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb
19 Sentyabr 2013 18:45 Kriminalİnterpol tərəfindən axtarışda olan 1987-ci il təvəllüdlü Ümid Ramazanov Gürcüstan-Türkiyə sərhədini keçərkən "Sarpi" sərhəd-keçid məntəqəsində saxlanılıb. Gürcüstan DİN-dən Trend-ə verilən məlumata görə, Ü.Ramazanov 11 sentyabr 2013-cü il tarixindən etibarən xüsusilə böyük həcmdə oğurluğa görə Azərbaycan polisi tərəfindən axtarılır. İstintaq iddia edir ki, avqustun 18-də Ü.Ramazanov Q.Ramazanovanın evinə daxil olaraq divarda olan dəmir seyfi qırıb və 200 min manatı mənimsəyib.
Günahı sübuta yetirildiyi təqdirdə o, 12 il müddətinə azadlıqdan mərhum edilə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31