Azərbaycanda terrora cəhd və casusluqda ittiham olunan İran vətəndaşının məhkəmə istintaqı başa çatıb
19 Sentyabr 2013 17:52 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror hadisələri həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Proses sentyabrın 27-də davam etdiriləcək. Həmin gün dövlət ittihamçısı təqsirləndirilən şəxsə iş istəyəcək.
Qeyd edək ki, Feyzi Bəhrəm Həsən oğlu Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq), 276-cı (casusluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31