Sevgilisinin 16 yaşlı qızını zorlayan kişi: “Ehtiyaclarını ödədim”

Kişi etdiyi cinayəti boynuna almaq istəməyib

Türkiyədə bir kişi 36 yaşlı sevgilisinin 16 yaşlı qızını zorlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2 övlad atası Metin Ç. 7 il əvvəl 36 yaşlı E.D. ilə tanış olub.  O vaxtdan bəri onlar sevgili olublar. Lakin Metin Ç. Qadının qızına tamah salıb. Bir gecə qıza təcavüz edən Metin sonradan qızı dəfələrlə zorlayıb. Qızı qorxutduğu üçün işin üstü bağlı qalıb. Lakin bir gün E.D. ilə Metin arasında mübahisə yaranıb və Metin sevgilisini döyüb. Bunu görən qız anasına olanları danışıb.  Ana və qadın polisə şikayət ediblər. Məhkəmədə ifadə verən Metin Ç. 16 yaşlı B.D.-ya əl vurmadığını bildirib.  "Ailə zorla dolanırdı. Başlarının üstündə kişi yox idi. Onlara yarıdm etdim. Ehtiyaclarını ödədim. B.D. atası doğma atası tərəfindən atılıb. Dəfələrlə atası onu döyüb. 3 ay əvvəl parkda bir oğlanla tanış olmuşdu. Onunla da cinsi əlaqəyə girmişdi. İndi mənə iftira atır" - deyə Metin Ç. ifadəsində vurğulayıb.

Lakin məhkəmə qızın həqiqətən də Metin Ç. tərəfindən zorlandığını aşkarlayıb. Hazırda iş məhkəmədə araşdırılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31