Bir gündə iki qadın dərmandan zəhərləndi

Sentyabrın 18-də Abşeron və Qobustan rayonlarında iki nəfər dərmandan zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Abşeron rayonu Saray qəsəbə sakini Dürdanə Şıxməmmədova, Qobustan rayonu Xilmilli kənd sakini Nəzakət Bayramova evlərindən dərmandan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31