Bakıda ona yaxın mənzili qarət edən şəxs ələ keçdi
19 Sentyabr 2013 16:02 KriminalBakıda ona yaxın mənzili qarət edən oğru yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Sona Zeynalovanın evindən 40 manat pul və qızıl əşyalarını oğurlamış Bakı şəhər sakini Oqtay Mirzəliyev tutulub. Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun Rza Cəfərovun evindən 11 manat pul, 1 ədəd mobil telefon və qızıl əşyaları, Vüsal Rəsulovun evindən qızıl əşyaları, Samirə Hacıyevanın evindən 200 manat pul və gümüş əşyaları, Efida Bəşirovanın evindən 1 ədəd su mühərriki və ev əşyaları, Alı Gövalovun evindən 4000 manat və 2500 dollar pul və Mehriban Hacıyevanın evindən 254 manat pul oğurlaması da müəyyən edilib.