İrandan həşiş qətranı keçirmək istədi
19 Sentyabr 2013 15:55 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan vətəndaşı Nahid Ağayevə məxsus əl yüklərinə "Heimann" markalı rentgen aparatı ilə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı oradan 31 ədəd bükümdə, xalis çəkisi 510 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31