Moskvada azərbaycanlı iş adamı güllələndi
45 yaşlı Fabris Salam Hüseynov yaşadığı mənzilin qarşısında qətlə yetirilib
19 Sentyabr 2013 08:04 KriminalKriminal Moskvada azərbaycanlı biznesmen öldürülüb. ANS PRESS-in "İnterfaks"a istinadən məlumatına görə, 45 yaşlı Fabris Salam Hüseynov yaşadığı mənzilin qarşısında iki naməlum şəxs tərəfindən güllələnib.Ağır yaralanan azərbaycanlı yerindəcə dünyasını dəyişib. Qətlin sifarişli olduğu güman edilir. Hüquq-mühafizə orqabları təhqiqatlara başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31