Naxçıvanda silah-sursat tapıldı

Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini tapdığı silah-sursatı təhvil verib. Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 17-də Culfa rayon sakini Ramiz Əhmədov tapdığı 1 ədəd "Magnum" və 1 ədəd "Kral magnum" markalı qaz tapançalarını, habelə 53 ədəd patronu könüllü olaraq Naxçıvan MR DİN-ə təhvil verib.

Faktla əlaqədar araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31