Qusarda qadını qarət edən mütəşəkkil dəstə ələ keçdi
18 Sentyabr 2013 18:03 KriminalQusarda qadını qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-da rayon sakini Arzu Zəkiyevə qarşı zor tətbiq edərək ondan 200 manat pul almış rayon sakinləri Orxan Manafov, Famil Vəlimətov və Albert Xaspoladov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31