Ötən gün 6 nəfər "yol terroru"nun qurbanı olub
18 Sentyabr 2013 16:47 KriminalSentyabrın 17-də Azərbaycanda baş vermiş yol qəzaları nəticəsində 6 nəfər ölüb. Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, respublikanın avtomobil yollarında 16 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 24 nəfər yaralanıb.
Ötən gün ərzində daxili işlər orqanları tərəfindən 50 cinayət faktı qeydə alınıb ki, onların da 25-i "isti izlər"lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib, cinayət törətdiklərinə görə 35 nəfər tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31