Bakıda yaşayış binasında yanğın olub
Yanğın nəticəsində 4-cü mərtəbədəki mənzil yararsız hala düşüb
18 Sentyabr 2013 15:03 KriminalBakının Suraxanı rayon Hövsan qəsəbəsi Rasim Şahsuvarov küçəsində yerləşən 4 mərtəbəli binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın evin 4-cü mərtəbəsində başlayıb. Hadisə baş verən vaxt evdə heç kim olmadığı üçün xəsarət alan da olmayıb.
Adi çağırışla hadisə yerinə 4 yanğınsöndürən maşın yollanıb. Yanğın söndürülüb.
Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, yanğın nəticəsində ev tamamilə yararsız hala düşüb. Sakinlərin sözlərinə görə, yanğın qısaqapanma nəticəsində başlayıb. Faktla bağlı araşdırmalara başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31