Məhbusun kamerasından telefon tapıldı
18 Sentyabr 2013 13:46 KriminalPenitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında 1961-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Mübariz Əliağa oğlu Dadaşovun kamerasına və üzərinə baxış keçirilən zaman danışıq kartı olmayan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31