Şəmkirdə sərxoş sürücülərə qarşı reyd keçirilib
18 Sentyabr 2013 13:17 KriminalMilli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkirdə ağır yol qəza hadisələrinin sayının artması polisi hərəkətə keçirib. Rayonun dövlət yol polisi bölməsinin əməkdaşları yol hərəkəti qaydalarına əməl etməyən sürücülərə qarşı mübarizəni gücləndiriblər. Asayiş keşikçilərinin ötən gün keçirdikləri reydlər Şəmkir şəhəri və ətraf əraziləri əhatə edib. Yoxlamalar bir sıra maraqlı faktları üzə çıxarıb. Ümumilikdə reyd zamanı 5 sərxoş, 10 sənədsiz sürücü aşkarlanaraq barələrində müvafiq tədbir görülüb.
Şəmkir RDYP bölməsinin rəisi Eldar Həsənov: "Reydləri keçirməyimizdə məqsəd yol nəqliyyat hadisələrinin qarşısını almaqdır.
Reyd zamanı sərxoş və sürücülük hüququ olmayan sürücülərə rast gəlinir. Sürücülərdən tələbimiz odur ki, spirtli içki içib avtomobil idarə etməsinlər".