Bakıda eşq qisası: keçmiş sevgili təzə bəyi ürəyindən vurdu

Bakı şəhərində toydan sonra ailə bəxtəvərliyi çox sürmədi. Təzə bəyin keçmişindən gələn əks-səda onun həyatını yarıda kəsdi. Binəqədi rayonunda cəmi iki gün əvvəl toyu olan 28 yaşlı Elçin Allahverdiyevə yas çadırı qurulub. Milli.Az rayon polis idarəsindən aldığı məlumata istinadən yazır ki, təzə bəyin subaylıq sevgilisi onun başqa qadınla xoşbəxtliyini bıçağı ürəyinə sancmaqla durdurub. Bazar günü, sentyabrın 15-də özünə toy edən E.Allahverdiyevi dünən əvvəllər qeyri-rəsmi yaşadığı 34 yaşlı Mədinə Mürsəliyeva öldürüb. Ailəli qadın olan iki uşaq anası M.Mürsəliyevanın Elçinlə sevgi münasibətləri olub. Onu evləndiyinə görə qısqanan Mədinə toydan sonra aralarında olan münasibəti Elçinin həyat yoldaşına zəng edərək deyib. Elçin isə əsəbləşərək Mədinə ilə dava edib. Bunun üstündə də Mədinə bıçaqla onu öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31