Baş Prokurorluq: 3 vəzifəli şəxsə cinayət işi açılıb
17 Sentyabr 2013 18:27 Kriminal"Falkon Grup" Məhdud Məsuliyyətli Cəmiyyətdə yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. "Falkon Grup" MMC-də ticarət agenti vəzifəsində işləyən İlkin Əliyev, Ramin Xəlilov və Samir Dibirovun cəmiyyətin rəhbərliyi tərəfindən onlara etibar edilmiş ümumilkdə 26.800 manat məbləğində əmlakı talamalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31