Deputatı təhqir edən 7 sutka həbs cəzası aldı

Millət vəkili Sahib Alıyevi  təhqir edən Bakı şəhər sakini Rauf Qubadov həbs edilib. Bu barədə məlumat verən millət vəkilinin köməkçisi Cavid Əliyevin sözlərinə görə, onun haqqında Abşeron rayon məhkəməsinin qərarı ilə  7 sutkalıq inzibati həbs cəzası verilib. Məlumatda o da bildirilib ki, R.Qurbanov barədə bir neçə gün  öncə millət vəkilinin şikayəti əsasında təhqiqat başlanıb. Abşeron rayon məhkəməsi tərəfindən bir neçə gün ərzində şikayət olunan polisə dəvət olunsa da gizlənərək polis idarəsinə getməyib. Lakin dünən axşam onu məcburi şəkildə Abşeron rayon polis idarəsinə aparıblar. Xatırladaq ki, Rauf Qubadov Azadlıq prospekti-88 ünvanda millət vəkili Etibar Hüseynovla dalaşaraq onu təhqir etmişdi. Deputat isə öz növbəsində həmin şəxsdən polis idarəsinə şikayət etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31