Türməyə telefon keçirilməsinin qarşısı alınıb
17 Sentyabr 2013 16:53 KriminalPenitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1992-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3; 331.2; 29,120.1; 68.1.1; 66.3 maddələri ilə təqsirli bilinərək 7 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Emil Əvəz oğlu Nəsirova xalası oğlu vətəndaş Asif Qərbəli oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Arko" gel flakonunun içərisində xüsusi üsulla yerləşdirilmiş 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.