Siqaret qutusunda narkotik keçirmək istədi
17 Sentyabr 2013 16:52 KriminalPenitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3 maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Mustafayev İlqar Füzuli oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin müvəqqəti saxlanma yerindən təcridxanaya daxil olarkən üzərinə və əşyalarına baxış keçirilib. Baxış zamanı əl çantasında "Davıdoff " siqaret qutusunun içərisindən bir ədəd SİM danışıq kartı və bir ədəd siqaret kağızına bükülmüş ümumi çəkisi 0,28 qram olan narkotik maddə - "həşiş qətranı" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.