Ayaqqabı təmizləyicisindən telefon çıxdı

Penitensiar Xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,  həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1; 234.4-cü maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Firdovsi Novruz oğlu Zeynalova tanışı vətəndaş Maarif Hənif oğlu Muradovun göndərdiyi banderola baxış keçirilib.Baxış  zamanı ayaqqabı təmizləyicisinin içərisində xüsusi üsulla yerləşdirilmiş 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı, bir ədəd "Nar" və bir ədəd "Bakcel" mobil operatorlarının telefon kartları aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31