Samuxda üç uşaq anasının faciəsi

Ər arvadını bıçaqlayıb

Ötən gün axşam saatlarında Samuxun Yenikənd kəndi ərazisində bıçaqlanma hadisəsi olub. "Kəpəz TV" xəbər verir ki, kənd sakini Fazil Hüseynov həyat yoldaşı Aybəniz Hüseynovanı bıçaqlayıb. Üç uşaq anası dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.
Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər. Samux Rayon polis şöbəsində faktla bağlı cinayət işi qaldırılıb.
Hadisəni törədən Fazil Hüseynov saxlanılaraq istintaqa cəlb edilib. İlkin ehtimala görə, bıçaqlanma hadisəsi ailə münaqişəsi zəminində baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31