“Mercedes” ağaca çırpılıb
17 Sentyabr 2013 13:16 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda "Mercedes" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. FHN-də "Olaylar"a verilən məlumata görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü 1990-cı il təvəllüdlü Hüseynov Fuad Afiq oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər F.Hüseynovun cəsədini deformasiyaya uğramış avtomobilindən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.