“Niva” "Subaru" ilə toqquşdu
Bir nəfər öldü, biri yaralandı
17 Sentyabr 2013 13:15 KriminalSumqayıt şəhərində vətəndaşa məxsus "Niva" makalı minik avtomobilinin digər vətəndaşa məxsus "Subaru" markalı minik avtomobili ilə toqquşması nəticəsində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə "Niva" markalı minik avtomobilinin sürücüsü müxtəlif bədən və yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Hadisə zamanı "Niva" markalı avtomobildə olan sərnişin 1958-ci il təvəllüdlü Novruzov Yaşar Novruz oğlunun meyiti aşkar olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31