FHN Kürdəmirdəki dəhşətli qəza ilə bağlı məlumat yaydı
4 İyul 2012 16:16 KriminalBu gecə Kürdəmir rayonu, Atakişili kəndində "KAMAZ" markalı yük avtomobili ilə "LADA" markalı minik avtomobili toqquşub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəqliyyat vasitələri deformasiyaya uğrayıb, minik avtomobilinin sürücüsü - 1991-ci il təvəllüdlü Cabbarov Əli Kiçik oğlu və şəxsiyyətləri məlum olmayan 2 sərnişin hadisə yerində vəfat edib.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri avtomobildən çıxarıb, aidiyyəti üzrə təhvil verib, hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31