“Audi” su hovuzuna düşüb
İki qardaş faciəvi şəkildə dünyasını dəyişib
17 Sentyabr 2013 13:14 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Mirzə Məmməd kəndində "Audi" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su hovuzuna düşüb. FHN-dən "Olaylar"a verilən məlumata əsasən dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1983-cü il təvəllüdlü Səmədov Rasim Səməd oğlu və sərnişin 1977-ci il təvəllüdlü Səmədov Cəsarət Səməd oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər R.Səmədov və C.Səmədovun cəsədlərini deformasiyaya uğramış avtomobilindən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.