Siqaret və araq aşkarlanıb
17 Sentyabr 2013 13:04 KriminalTovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsi və "Sınıq Körpü" gömrük postunun əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində Azərbaycan vətəndaşı Qədim Quliyevin idarə etdiyi "VAZ 21051" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin salonunda arxa oturacağın söykənəcəyinin arxasından 500 qutu "Marlboro" siqaretləri, yük yerində olan mühərrikin arxasından isə 27 ədəd 1,0 litrlik şüşə qablarda "Bolshoj" araqları aşkar olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31