Sərhəddən “beşbarmaq” keçirmək istədi
16 Sentyabr 2013 15:17 KriminalHava Nəqliyyatında Baş Gömrük İdarəsində Antalya-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Ələkbər Ələkbərliyə məxsus çantaya gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı çantadan gömrük nəzarətinə təqdim olunmayan 3 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunub. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, həmin əşyalar əzici-vurucu xassəyə malik soyuq silahlar hesab edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31