Avtomobildən oğurluq edənlər tutuldu

Avqustun 6-na keçən gecə B.Nuriyev küçəsində Şahin İsmayılov məхsus "Geely" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə bir ədəd naviqator, içərisində 520 manat olan pul qabı, Ceyhun Şabanova məхsus "Wolsfagen" markalı avtomobildən isə şüşəni sındırmaq yolu ilə iki ədəd mobil telefon və sənədlər oğurlanıb. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq edənlər Bakı şəhər sakinləri Kamil Qasımov və Məhəmməd Səmədov tutulmuşlar.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31