Şirkətdə oğurluq: 10 ton armatur aparıldı

Bakıda şirkətdən oğurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, iyulun 30-da Məktəbli küçəsində yerləşən "Bakı Tunel Tikinti" Açıq Səhmdar Cəmiyyətin həyətindən 10 ton armatur oğurlanıb, nəticədə ASC-yə 8000 manat dəyərində ziyan dəyib. 
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Vəliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31