ARDNŞ-nin əməkdaşı iş vaxtı vəfat etdi
13 Sentyabr 2013 19:12 Kriminaltrend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu gün saat 11:30 radələrində Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin 1 saylı sahəsinin 5-ci dərəcəli quraşdırıcısı 1976-cı il təvəllüdlü Həsənov Rüstəm Rafiq oğlu hazırda inşa olunan Karbamid zavodunun ərazisinin təmizlənməsi işləri çərçivəsində köhnə çənlərin üzərində demontaj işləri aparan zaman yüksəklikdən yıxılaraq dünyasını dəyişib.
Hadisənin səbəblərini araşdırmaq üçün yaradılmış komissiya araşdırma işlərinə başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31