Qardaş kiçik qardaşının qanını tökdü

Onlar arasında yararan şəxsi münasibətlər bıçaqlanma ilə nəticələnib

Ötən gün saat 20:00 radələrində Gəncə şəhəri Təbriz küçəsi ev 14-ün qarşısında bıçaqlanma hadisəsi qeydə alınıb. ANS PRESS-in "Kəpəz TV"-yə istinadən verdiyi məlumata görə, həmin ünvanda yaşayan 17 yaşlı Qurban Musayev qardaşı 16 yaşlı Cavid Musayevi bıçaqlayıb.
Zərərçəkmiş döş qəfəsinin və qarın nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun səhhətinin normallaşdığını bildirib. Qurban Musayev hadisədən dərhal sonra saxlanılaraq istintaqa təhvil verilib. Polis qanlı hadisənin qardaşlar arasında yararan şəxsi münasibətlər zəminində baş verməsini ehtimal edir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31