22 yaşlı Qusar rayon sakini itkin düşüb


Milli.Az Regional TV kanalına istinadən xəbər verir ki, 22 yaşlı Qusar rayon Nəcəfkənd-oba kənd sakini Ziyarov Zülfüqar Seyfəddin oğlu aprelin 16-sı gecə saat 2 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 159 sm, arıq bədənli, sifəti uzunsov, gözləri qəhvəyi, saçı sarışındır. Evdən çıxarkən əynində göy rəngli cins şalvar, qara uzunqol köynək, qara gödəkçə, başında qara rəngli idman papağı və ayağında tünd boz rəngli rezin materialdan hazırlanan səndəl olub.

Zülfüqar Ziyarovun yerini bilənlərdən və onun harada olması barədə məlumatı olan şəxslərdən Qusar Rayon Polis Şöbəsinə (023) 385-28-03, 5-28-35, 5-43-19, 97-2-00 və 102 nömrəsinə zəng vurub xəbər vermələri xahiş  olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31