Bakıda polisə atəş açdılar

Bakıda iki nəfər polisə atəş açıb.  Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 12-də saat 06.00 radələrində Nəsimi rayonu Dəniz küçəsində baş verib. Həmin küçədə 2 naməlum şəxs özlərini şübhəli apardıqlarına görə, həmin ərazidə xidmət aparan Nəsimi RPİ PPXB-nin əməkdaşları onlara yaxınlaşıblar. Bu zaman həmin şəxslərdən biri pnevmatik tapançadan havaya 2 dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini Orxan Əlizadə tutulmuş və ondan pnevmatik tapançaya aid 38 ədəd patron götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31