Şirvan sakini külli miqdarda heroini satarkən yaxalanıb
13 Sentyabr 2013 16:49 KriminalŞirvan şəhərində narkotika alverçisi külli miqdarda narkotika satarkən yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Zəfər Əliyev 1 kiloqram 10 qram heroini və 3 kiloqram 25 qram tiryəki paytaxtın Xətai rayonu ərazisində satarkən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31