Göyçay sakini özünü güllələyib
13 Sentyabr 2013 16:48 KriminalGöyçay sakini ehtiyatsızlıqdan özünü güllələyib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, hadisə sentyabrın 12-də Göyçay rayonu Şəhadət kəndinin ərazisində baş verib. Kənd sakini Famil Hacıyev ehtiyatsızlıqdan ov tüfəngindən atəş açaraq özünə ayaq nahiyəsindən xəsarət yetirib. F.Hacıyev xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31