Xalq artistinin qardaşının məhkəməsi başladı
“Əsgəroğlu-K” MMC-nin direktoru Kazım Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib
13 Sentyabr 2013 13:59 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı, "Əsgəroğlu-K" MMC-nin direktoru Kazım Kazımov, şirkətin satış meneceri Yaqub Kiyasov və mühasibi Olqa Valentinanın cinayət işi üzrə məhkəmə başlayıb. ANS PRESS-in Dia.az-a istinadla verdiyi xəbərə görə, Bakı şəhərində tikinti işləri ilə məşğul olan adları çəkilənlər vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunurlar.
Bu cinayət işinə bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və məhkəmənin hökmü ilə Kazım Kazımov 10 il, Yaqub Kiyasov 9 il, Olqa Valentina 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan sonra təqsirləndirilən şəxslərin cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilib. İstintaqın gedişi zamanı onların yeni cinayət əməlləri üzə çıxıb. Buna görə də cinayət üzrə materiallar yenidən baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Prosesdə zərərçəkən kimi ifadə verən Ülviyyə Əliyeva bildirib ki, 56 kvadrat metr mənzil almaq üçün 16 min 500 manat ödəyib. Onun sözlərinə görə, bir müddət keçəndən sonra müstəntiqin çağırışı ilə Bakı şəhər Baş Polis İdarəsinə gedib: "Müstəntiq dedi ki, aldığım ev başqa adama satılıb".
Kazım Kazımovun fikrincə, baş verən hadisələrə görə günahkar deyil: "Məni elə vəziyyətə salıblar ki, çatan dələduz adlandırır. Heç bir günahım olmaya-olmaya həbsdə saxlanılıram. Mənə günahsız yerə dələduz deyirlər".
Hakim təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, iş üzrə məhkəmənin qərarı yoxdur: "Məhkəmənin qərarı olmadan sizə heç kim dələduz deyə bilməz. Məhkəmə hələ hər hansı bir qərar qəbul etməyib". Digər zərərçəkən Pərviz Süleymanov qeyd edib ki, Kazım Kazımovun rəhbərlik etdiyi tikinti şirkətindən 2006-cı ilin fevralında mənzil alıb. Şirkətlə mənzilin alınması üçün alqı-satqı müqaviləsi bağladı-ğını deyən zərərçəkən bildirib ki, mənzilin alınması üçün 28 min manat ödəyib: "Artıq mənzillə təmin edilmişəm. Mənim evimlə üst-üstə düşən şəxsin taleyindən xəbərim yoxdur. Mənzillə təmin edildi-yim üçün hər hansı bir şikayətim yoxdur".
Əmiraslan Mustafayevin sözlərinə görə, şirkətə mənzilin alınması üçün pul ödəyib. Zərərçəkən qeyd edib ki, pulu hər ay şirkətin kassasına ödəyib: "Kassada Olqa Valentina olub, pulu ona vermişəm".
Əmiraslan Mustafayev bildirib ki, sonradan mənzilinin verilməsi üçün əlavə pul tələb edilib. Onun sözlərinə görə, əlavə olaraq hər kvadrat metrə 100 manat istənilib: "Həmin pulu ödəməyə imkanım ol-mayıb. Buna görə mənzili mənə vermədilər, evi başqasına satdılar. Evi götürməkdən imtina etməmi-şəm, lakin əlavə pulu ödəməyə imkanım olmayıb. Ödədiyim pul da geri qaytarılmayıb. Ya pulumu, ya da evimi versinlər".
Kazım Kazımov qeyd edib ki, bütün bu problemlər həbs olunandan sonra yaranıb: "Məndən sonra yaranan problemlərin işimə aidiyyəti yoxdur. Kimin adını çəkmişəm, onlara ev verilib. Ələkbərə ev satmaq üçün etibarnamə verməmişəm. Ona etibarnamə vermişəm ki, binanın tikintisi ilə məşğul olsun. Evin verilməsinin gecikdirilməsi cinayət deyil. Həbsxanadayam, Ələkbərin fəaliyyətindən də xəbərim yoxdur. Həbs olunandan sonra dedilər ki, 4-5 aya azadlığa buraxılacam. Amma azadlığa çıxmağım mümkün olmadı. Ələkbərə də etibarnamə verdim ki, tikinti işləri ilə məşğul olsun. Lakin onun hansı işləri görməsindən xəbərim yoxdur. Buna görə də mənim hər hansı bir günahım yoxdur".
Təqsirləndirilənin sözlərinə görə, müştərilərdən 5 milyon manat yığılıb. O, qeyd edib ki, binanın inşa olunmasına isə 7 milyon xərc çəkilib. Kazım Kazımov əlavə edib ki, burada hər hansı mənimsəmə ol-mayıb: "Ələkbərə verdiyim etibarnamənin vaxtı may ayında başa çatıb. İndi o, etibarnamə olmadan iş görür, bu da qanunsuzdur. Bu gün nə baş verir deyə bilmərəm. Onun etibarnaməsinin vaxtı uzadılma-yıb. Verdiyim evləri başqasına satıb. Məndən sonra vəziyyət daha da pisləşib. Bu pisləşməni də Ələkbər həyata keçirir. Məqsəd məni həbsdə saxlamaqdır".
Məhkəmə iclası sentyabrın 24-də davam etdiriləcək. Qeyd edək ki, cinayət işində adı hallanan Ələkbər İsayev ANT tikinti şirkətinin rəhbəridir. O, bundan əvvəl Kazım Kazımovla biznes ortağı olub. Kazım Kazımov həbs olunandan sonra özünə ayrı tikinti şirkəti yaradıb.