Paytaxtda avtomobil yolun ortasında aşdı - FOTO VIDEO

Trend xəbər verir ki, Bakıda prospektlərdən birində yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yolun ortasındakı maneənı aşıb və torpaq arakəsməyə girib. Arakəsmədə bir neçə ağacı yerindən qoparan avtomobil böyük toz buludu yaradıb. Yalnız tozanaq çəkiləndən sonra avtomobilin aşdığı məlum olub. 
Avtomobilin aşdığını görən onlarla insan qaçaraq qəzada xəsarət alanlara yardım etməyə tələsir.

Trend həmin qəzanın videogörüntüsünü təqdim edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31