Daha bir əsgər dünyasını dəyişdi

Əsgər tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib

Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsinin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31