23 yaşlı oğlandan valideynlərinə gözlənilməz zərbə

Gənc özünü ağacdan asıb

Qusar rayonunda 23 yaşlı gənc özünü öldürüb. Qusar rayon prokuror köməkçisi Anar Salehovun ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Yuxarı Zeyxur kəndində yaşayan 1990-cı il təvəllüdlü Fərrux Şahmir oğlu Bağırov yaşadığı evin həyətində özünü ağacdan asıb. Onu meyitini valideynləri asılmış halda tapıblar. Onun subay olduğu bildirilir.
Hazırda intiharın səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31