Yunanıstanda intiharların ardı-arası kəsilmir
Suisid halları işsizliyin artımına mütənasib şəkildə çoxalır
12 Sentyabr 2013 09:55 KriminalYunanıstanda işsizlik insanları sözün əsl mənasında öldürməyə başlayıb. Maliyyə böhranı başlanandan bəri bu Avropa ölkəsində intihar halları 4 dəfə artıb. Afinada Ümumdünya Suisidlə Mübirizə günü çərçivəsində, fəallar intihar hallarının qarşısını almaqüçün xüsusi aksiya keçirib. İntihar-Profilaktika Mərkəzinin direktoru iqtisadi problemlərin intihar üçün yeganə motiv olmadığını bildirir. Habelə Avropada işsizlik səviyyəsinin artıdığı yerlərdə, elə canına qəsd edənlərində sayının mütənasib şəkildə artdığı bəlli olub. Digər problemlərdən biri isə - narkotik maddələ alüdəçilik hallarının armasıdır. Yunan psixiatrlar höküməti bu problem ətrafında ciddi düşünməyə çağırır.Qeyd edək ki, ekspertlər böhran və işsizliyin narkomaniyanın artımına da əhəmiyyətli dərəcədə təsir göstərdiyinə inanır.