Dəhşətli avtobus qəzasında yaralanların kimliyi məlum oldu

Ucarda baş verən dəhşətli avtobus qəzasında 15 nəfər ağır xəsarət alıb

Ötən gün Ucarda baş verən dəhşətli avtobus qəzasında 15 nəfər ağır xəsarət alıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, dəhşətli avto qəza Bakı-Ucar-Qazax magistralının 255-ci km-də Ucar rayonun Küçəkənd adlanan kəndə keçən ərazisində baş verib.

Belə ki, həmin magistraldan Bakı-Göyçay marşurutu üzrə hərəkətdə olan "Hundai" markalı mikroavtobus qəflətən qarşıdan gələn "KamAZ" markalı ağırtonnajlı yük maşını ilə toqquşub. Nəticədə mikroavtobus yoldan çıxaraq, 5 metr dərəyə yuvarlanıb. Nəticədə mikravtobus tam yararsız vəziyyətə düşüb və içərisində olan sürücü və 15 sərnişin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Qəzada xəsarət alanlar aşağıdakılardır:

1.Sürücü 1992-ci il təvəllüdlü Cavid Səlimzadə
2. 1988-ci il təvəllüdlü Elnur İsgəndərov
3. 1986-cı il təvəllüdlü Əli İsgəndərov
4. 1956-cı il təvəllüdlü Rafiq Əhmədov
5. 1956-cı il təvəllüdlü Sahib Yusifov
6. 1962-cı il təvəllüdlü İntiqam Hümətov
7. 1991-ci il təvəllüdlü Tufan İsmayılov
8. 1977-ci il təvəllüdlü Natiq Lütfəliyev
9. 1991-ci il təvəllüdlü Çərkəzli İsrafil
10. 1959-cu il təvəllüdlü Xatirə Məmmədova
11. 1967-cil il təvəllüdlü Xuraman Məcidova
12. 1995-cil il təvəllüdlü Faxrət Fərhadlı

Yaralılar Ucar rayon Təcili Tibbi Yardım Mərkəzinin əməkdaşları tərəfindən Ucar rayon xəstəxanasına çatdırılıb. Yaralılardan üçünün vəziyyəti ağır olaraq qalmaqdadır.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31