Əməkdar artistin boşanması barədə yeni xəbərlər yayıldı
"Allah heç kimin ağlını başından almasın”
10 Sentyabr 2013 19:46 KriminalSon vaxtlar mətbuatda əməkdar artist Lalə Məmmədovanın həyat yoldaşından boşanması ilə bağlı yayılan məlumatların ardı-arası kəsilmir. Tanınmış müğənninin ikinci dəfə ana olmağa hazırlaşması barədə xəbərdən sonra da bu söz-söhbətlər səngimədi.
Həm Lalə xanımı, həm də onun həyat yoldaşı İlham bəyi yaxından tanıyan, hər ikisi ilə dostluq edən bir insan bu yayılan xəbərə inanmadığına görə yayılan söz söhbətə aydınlıq gətirmək üçün müğənninin özü ilə əlaqə saxlayıb. Əməkdar artistin cavabı isə belə olub: "Bu haqda çox danışmaq istəmirəm. Bircə cümlə ilə cavab verəcəyəm. Mənim sevdiyim bir ifadə var - Allah heç kimin ağlını başından almasın".
Yayılan xəbərləri müğənninin həyat yoldaşı İlham bəy də təsdiqləyib. Amma Lalə xanımdan ayrılmağa hələ qəti qərar vermədiyini bildirib. Ayrılıqlarının səbəbini isə, belə izah edib: "Səbəb nə ola bilər?! Təbii ki, şou biznes və Lalənin ətrafında olan şou-biznes nümayəndələri. Amma hələ qəti qərar verilməyib."deyərək fikrin bildirib, boşanmaq üçün rəsmi ərizə ilə məhkəməyə müraciət edilmədiyini söyləyib.
Əməkdar artistin ana olmağa hazırlaşdığından belə bir həssas dönəmdə onu incitmək istəmədiyini deyən İlham bəy qeyd edib ki, İnşallah Lalə xanım yeni il ərəfəsində övladımızı dünyaya gətirəcək. Ondan sonra isə baxarıq bəlkə elə barışdıq.