Ucarda dəhşət
10-a yaxın yaralı var
10 Sentyabr 2013 18:35 KriminalUcar rayonunda çoxsaylı insan xəsarəti ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 14:20 radələrində Bakı - Qazax yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, Bakı - Göyçay marşrutu ilə hərəkət edən 90 - JZ - 369 dövlət nömrə nişanlı "Hyundai" markalı mikroavtobus yoldan çıxaraq aşıb. Məlumata görə, 10-a yaxın yaralı Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Hazırda yol polisinin əməkdaşları hadisə yerində araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31