Qubada dəhşətli tapıntı: qadını doğrayıb çantalara yığıblar
Qadının 2-3 ay bundan əvvəl qətlə yetirildiyi ehtimal olunur
10 Sentyabr 2013 16:39 KriminalMilli.Az xəbər verir ki, sentyabrın 3-də Quba-Xınalıq yolununun 39-cu kilometrliyində, Cek kəndi ərazisində dərədən aşkarlanan qadın meyitinin şəxsiyyətini müəyyənləşdirmək hələ ki mümkün olmayıb. Quba Rayon Polis Şöbəsindən RTV-yə bildirilib ki, meyitin tanınmaz halda olması qadının şəxsiyyətinin müəyyənləşdirilməsini çətinləşdirir. Məsələ burasındadır ki, meyit aşkarlanarkən hissələrə ayrılmış şəkildə olub. Onun başı, qolları və ayaqları təkərli əl çantasında, bədəni isə digər çantada olub. Həm də çox vaxt keçdiyindən meyitdə çürümə prosesi gedib. İlkin ehtimala görə, qadının 2-3 ay bundan əvvəl qətlə yetirildiyi ehtimal olunur. Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ əməliyyat tədbirləri davam etdirilir. Naməlum qadın meyitinin yanında mixəyi rəngli qadın donu, üzəri müxtəlıif rəngli zolaqlı qadın koftası, qara rəngli qadın şalvarı aşkar edilib. Meyitin əlamətlərinə gəlincə yaşı təxminən 30-a qədər olan qadının boyu 155 santimetrdir. Saçları bir hörükdə olmaqla 65-70 santimetr uzunluğunda, tünd şabalıdı rəngdədir. Bütün dişləri sağlam vəziyyətdə olmaqla yerindədir.
Faktla bağlı hər hansı informasiyası olan şəxslərdən (023) 335-35-11; 333-37-02; (055) 361-20-03 ; (050) 549-41-52 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.