DİN-dən əmisi oğlunu qətlə yetirənlə bağlı - Açıqlama
10 Sentyabr 2013 12:42 KriminalDaxili İşlər Nazirliyi əmisi oğlunu qətlə yetirən rayon sakini ilə bağlı məlumat yayıb.
"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 8-də Ağcabədi rayonu Hindarx qəsəbəsinin ərazisində qəsəbə sakini Yasin Məmmədov münaqişə zəminində bıçaqla əmisinin oğlu Bəhruz Məmmədovu qətlə yetirib hadisə yerindən qaçıb.
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31